Texniki dəstək üzrə mütəxəssis /aparıcı mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Bankımızın peşəkar komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:
• Kompüter və printer avadanlıqlarının sazlanması və quraşdırılması;
• Proqram təminatların quraşdırılması və sazlanması;
• Bank sistemlərində yaranan problemlərin həll edilməsi;
• İT layihələr çərçivəsində işlərin yerinə yetirilməsi;
• Hesabatların hazırlanması.

Bizim üçün uyğun namizəd:
• Ali texniki təhsilli;
• Müştəriyönümlü və ünsiyyətcil;
• Windows sistemləri və Ofis proqramları ilə işləməyi bacaran;
• Sahə üzrə minimum 1 il iş təcrübəsinə sahibdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Texniki dəstək üzrə mütəxəssis/aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Son müraciət tarixi: 2021-10-30