Texniki İstehsalat Departamentinin Meneceri

Şirkət haqqında
Əmək haqqı
2000-3000

İş haqqında

Vəzifə öhdəlikləri:
- Texniki səviyyədə tikinti, podrat və subpodratçılar üçün texnoloji ardıcıllığın və müddətlərin əlaqələndirilməsinin təmin edilməsində iştirak etmək;
- Obyektlərin LM-lərindən / İnşaat Menecerlərindən Sifarişlərin qəbul edilməsi, yoxlanılması və əsaslandırılması;
- Tikinti sahəsində tədqiqat və eksperimental işlərin aparılmasında, titul siyahılarının tərtib edilməsində, sifarişçi və subpodratçılar ilə müqavilələr üzrə işlərin icrasına nəzarət etmək;
- Layihə və smeta sənədlərinin vaxtında hazırlanmasına, texniki qaydalara, tikinti norma və qaydalara riayət edilməsinə nəzarət etmək;
- İstehsalat proqramları və tikinti planlarının inkişaf etdirilməsində, planlaşdırılan dövrdə onların tənzimlənməsində, əməliyyat və istehsal planlaşdırma standartlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Təşkilatın strukturlarının işlərinin koordinasiya olunmasında, istehsalatın təqvim planlarının yerinə yetirilməsi davamiyyətinin təmin olunmasında, istehsal prosesinin pozuntularının qarşısının alınmasında və aradan qaldırılması üçün təkliflərin hazırlanıb təqdim olunmasında iştirak etmək;
- Müəssisənin iştirak etdiyi Tenderlərə aid qiymət təklifinin hazırlanması, bunun üçün smeta üzrə tələb olunan material, avadanlıq, işçilik, maşın-mexanizm sərfiyyatının hesablanması və qiymətləndirilməsini təmin edir;
- Subpodratçı şirkətlərlə keçirilən Tenderlər üçün iş həcmlərinin hazırlanması, layihələrin qruplaşdırdırılması, namizədlərin texniki qiymətləndirilməsi və s.

Namizədə tələblər:
- İnşaat sahəsində Ali təhsil (İnşaat mühəndisi);
- Texniki İstehsalat Departamentinin Meneceri olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
- Microsoft Office (Excel, Word, Access), AutoCad və ya ArchiCad proqramlarını əla səviyyədə bilməli;
- Azərbaycan və rus dilini əla səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük veriləcək);
- Texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri; texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları, texniki şərtləri, əsasnamə və təlimatları bilməli;
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Analiz və idarəetmə bacarığı olmalı.

Digər tələb və şərtlər:
- Yaş həddi: 30-50
- Əmək haqqı 2000 – 3000 AZN ( təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: 6 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən verilir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) hr@smts.az elektron ünvanına mövzu yerinə “Texniki İstehsalat Departamentinin Meneceri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 2021-09-30