Texniki məsələlər üzrə menecer

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Şirkət haqqında: “AzerBlast” MMC 2021-ci ildə təsis olunub və “AzerGold” QSC-nin törəmə cəmiyyətidir.

Vəzifə səlahiyyətləri:
- Cəmiyyətin İcraçı direktorunun, digər vəzifəli şəxslərinin öz fəaliyyətinə aid olan qərarları ilə tanış olmaq;
- Onun tərəfindən yerinə yetirilən vəzifələrə aid olan məsələlərin müzakirəsində iştirak etmək;
- Elektrik dövriyyəsinin hesablanması;
- Cəmiyyətin fəaliyyətinin yaxşılaşdırılması üzrə təklifləri Cəmiyyət rəhbərliyinin təqdimatına irəli sürmək;
- Müvafiq məsələlər ilə bağlı Cəmiyyətin bütün (ayrı-ayrı) struktur bölmələrinin rəhbərləri ilə qarşılıqlı əlaqələr qurmaq;
- Öz vəzifə borclarının və hüquqlarının icrasında Cəmiyyət rəhbərliyindən kömək göstərilməsini tələb etmək;

Vəzifə ohdəlikləri:
- Fəaliyyət sahəsi üzrə tədarük olunan məhsulun normativ texniki sənədlərin tələblərinə uyğun qəbul edilməsi;
- Məhsulun və hazır məhsulların saxlanmasında profilaktik tədbirlərin vaxtında yerinə yetirmək;
- İstehsal prosesini davamlı fəaliyyətini təmin etmək;
- İstehsaldan alınan hazır məhsulların keyfiyyət göstəricilərinin normativ texniki sənədlərin tələblərinə uyğun olmasını təmin etmək;
- Tədarük,saxlanma və istehsalda istifadə olunan avadanlıq,qurğu, mexanizmlərin cari və əsaslı təmirinin vaxtında yerinə yetirilmək;

Namizədə tələblər:
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, analiz etmə bacarığı,şəxsi və peşəkar inkişaf, hesabat yazma bacarığının olması;
- İş dövründə vaxtdan səmərəli istifadə etmək bacarığı;
- Mühəndis sahəsi üzrə idarəçilik bacarığı;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydarlarını bilməsi;
- Müvafiq qanunvericilikdə nəzərədə tutulan akt və normalar barədə yetərincə biliyə malik olması;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı; Rus dili – yaxşı;
- Kompüter biliyi: Microsoft Office (Word, Excel, Office, Outlook, PowerPoint, MS Project) həmcinin (AutoCAD, ArchiCAD,İnventor və s)
- Təhsili: Mühəndis-mexanik ixtisası üzrə və ya Texniki ali təhsil

Göstərilən tələblərə uyğun namizədlər hr@azerblast.az e-mail ünvanına müraciət edə bilərlər.
Son müraciət tarixi: 2021-09-11