Tibbi avadanlıqlar üzrə xidmət mühəndisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- Tibbi avadanlıqlara texniki baxış keçirmək, diaqnostika etmək və profilaktik təmir işlərini həyata keçirmək;
- Tibbi avadanlıqların texniki cəhətdən davamlı istifadəyə yararlı vəziyyətdə saxlanmasını təmin etmək;
- Tibbi avadanlıqlarda yaranan nasazlıqların səbəblərini müəyyənləşdirmək və qısa zamanda müstəqil şəkildə aradan qaldırmaq;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına riayət etmək;
- Avadanlıqların vaxtından qabaq sıradan çıxmasının, köhnəlməsinin qarşısını almaq üçün yoxlanış keçirmək və onların təmirini növbələşdirmək;
- Təmiri vaxtında və keyfiyyətlə həyata keçirmək, avadanlıqların yenidən qurulmasını təmin etmək, cizahlardan istifadənin optimallaşdırılması üçün təkliflər vermək;
- Texniki servis meneceri tərəfindən müəyyənləşdirilmiş cədvəl üzrə təmir işlərini həyata keçirmək, lazımi texniki sənədlərin (avadanlıqların təmiri, ehtiyat hissələrinin və materialların alınması üçün müvafiq sənədlər) tərtibatına iştirak etmək.

Namizədə tələblər:
- Ali texniki təhsil;
- Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsinə malik olmaq;
- Kompüter bilikləri (MS Office)
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
- Kollektivlə işləmə bacarığı;
- Operativ, gördüyü işə cavabdehlik;
- Ezamiyyə imkanları;
- Şəxsi avtomobilin olması üstünlükdür.
- Cinsi: Kişi;
- Yaş həddi: 25-38 arası;
- İş qrafiki: həftədə 5 gün 09:30-18:00, şənbə günu 10:00-14:00
- Nahar şirkət tərəfindən qarşılanır;
- Əmək haqqı: sabit əmək haqqı + bonus

Qeyd: Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla hr@clinicmedical.az elektron ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 2021-04-17