Tibbi ekspertiza şöbəsinin mütəxəssisi/Kiçik və baş mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Kiçik mütəxəssis, Mütəxəssis, Baş mütəxəssis
Şöbə: Tibbi ekspertiza şöbəsi

Vəzifə öhdəlikləri:
- Tibb təchizatçısı tərəfindən göstərilmiş tibbi xidmətlərə dair hesabatların (reyestrlərin) və digər tələb edilən sənədlərin alınması;
- Tibb təchizatçıları tərəfindən təqdim olunmuş reyestrlərə əsasən göstərilmiş tibbi xidmətlərin ilkin texniki və tibbi dəyərləndirilməsinin həyata keçirilməsi;
- Sığorta hadisəsi zamanı sığorta olunana göstərilən tibbi xidmətin keyfiyyətinə nəzarət edilməsi, yaranan nöqsanların araşdırılması.
- Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin araşdırılması məqsədi ilə tibb heyəti ilə görüşlərin keçirilməsi;
- Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
- Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

Vəzifə üçün tələblər:
- Baza ali tibbi təhsil (Rezidentura təhsili üstünlükdür);
- Tibb sahəsində həkim olaraq 1 ildən az olmayaraq ümumi əmək stajı (həkim və ya həkim-ekspert olaraq sığorta şirkətlərində iş təcrübəsi üstünlükdür);
- Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
- Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
- Xarici dil bilikləri arzuolunandır;
- Ofis proqramları üzrə biliklər;
- İxtisası üzrə sertifikatların olması arzu olunandır.

Maraqlanan namizədlər CV-lərini 03 oktyabr 2021-ci il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.