Tibbi nümayəndə

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Ümumi tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- Minimum 3 il iş təcrübəsi;
- Yaş həddi: 22-35;
- MS Office (MS Excel, MS Word, MS Outlook), 1C proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Azərbaycan dili, Rus dili səlis, İngilis dili biliyi üstünlükdür;

Vəzifə öhdəlikləri
- Gündəlik tibbi müəssisələr və digər potensial müştərilərin ziyarət edilməsi, yeni müştərilərin cəlb edilməsi;
- Tibbi avadanlıqların və tibbi preparatların tanıdılması, təklif olunan məhsul barədə ətraflı məlumat verilməsi, təlabat yaradılması və satışının təşkil edilməsi;
- Bazar araşdırılmasının aparılması, məhsul və müştəri ilə bağlı satış məlumatlarının analizi;
- Korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması, möhkəmləndirilməsi;
- Təbliğat və maarifləndirmə kompaniyalarının təşkil edilməsi;
- Şirkətin satış strategiyasına uyğun olaraq satış və müştəri bazasının formalaşdırılması və idarə edilməsi;
- Gündəlik, həftəlik, aylıq və illk hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;

İş şəraiti:
- İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir;

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-05-08