Tibbi nümayəndə

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Klinikanın xidmətləri barədə təqdimatlar keçirtmək;
- Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi;
- Müştərilərin tələblərini nəzərə alaraq onlara köməklik göstərmək və onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək;
- Müştərilərlə görüşlər keçirmək, təqdimat və təkliflər hazırlamaq;
- Satış aksiyaları və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq

Tələblər:
- Ali təhsili olan (tibbi təhsili olanlara üstünlük verilir);
- Dil bilikləri olan (Rus dilində danışıq bacarığı, İngilis dili arzu olunan);
- Satış sahəsində ən az 2 il iş təcrübəsi olan (tibbi avadanlıq, tibbi material, tibbi xidmətlər. və s.);
- MS Office proqramlarını bilən;
- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı olan;
- Karyerasını satış sahəsində qurmaq istəyi olan;
- Biznes etikası və biznes görünüşə sahib olan;
- Müştərilərlə sıx və yüksək səviyyəli münasibət qura bilən;
- Analitik düşünmə qabliyyəti olan;
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı olan;
- Ünsiyyət tərzi ilə müştəriləri cəlb etmə və inandırmaq bacarığı olan;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi olan;

İş şəraiti:
- İş günü: 6 gün;
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə;
- Əmək haqqı müsahibə əsnasında müzakirə ediləcək;
- Özü və ailə üzvləri üçün endirimli tibbi xidmətlər;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Tibbi nümayəndə” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-09-15