Tibbi satınalma üztə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- İllik tibbi və digər satınalma planının hazırlanmasını və qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsini təmin etmək;
- Müəssisənin tibbi və digər mallara (işlərə və xidmətlərə) olan təlabatının müəyyənləşməsində iştirak etmək;
- Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılmasını və müvafiq formanın təsdiq etdirilməsini təmin etmək;
- Elektron satınalmalar portalında satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsini təmin etmək;
- Zərurət yarandıqda ixtisaslaşmış malgöndərənlərin siyahısının hazırlanmasını və onlara dəvət məktublarının göndərilməsini təmin etmək;
- Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etmək;
- Tibbi satınalma prosedurlarının nəticəsi ilə bağlı yekun protokolun müvafiq dövlət orqanına göndərilməsini və qeydiyyata alınması ilə bağlı prosesin nəzarətdə saxlanılmasını təmin etmək;
- Tibbi satınalma prosedurlarının nəticəsi ilə bağlı bildirişin və müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsini və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsini təmin etmək;
- Tender komissiyasının işini təşkil etmək, iddiaçı şirkətlərin nümayəndələrinin iclaslarda iştirakı ilə bağlı zəruri tədbirlərin görülməsini və onlardan daxil olan sorğuların cavablandırılmasını təmin etmək;
- Tibbi satınalma müqavilələrini hazırlamaq, təsdiq etmək, müqaviləyə əlavə və dəyişiklikləri hazırlamaq, reyestri aparmaq, müqavilələrin ləğv edilməsi və icrasına nəzarət etmək;
- Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunu yoxlamaq;
- Müəssisədə həyata keçirilən tibbi və digər satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatları hazırlamaq;

Vakansiya ilə bağlı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat);
- 3 illik analoji iş təcrübəsi
- Dövlət satınalmalar haqqında Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
- Səlis Azərbaycan dili, (İngilis və rus dili bilikləri arzu olunandır);
- MS Office proqramları üzrə biliklər ;
- Sürücülük vəsiqəsi

Son müraciət tarixi: 2 dekabr 2022