Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
300 - 400

İş haqqında

Namizədə tələblər
- Yaş: 21-35
- Təhsil: Ali və ya orta texniki tibb təhsili mütləqdir
- İş təcrübəsi: arzu olunandır
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla),Ingilis dili (arzuolunandır)
- Sərbəst PK və ofis proqramları istifadəçisi

Əsas vəzifə öhdəlikləri
- Könüllü Tibbi Sığorta üzrə sığortalanan şəxslərin tibb müəssisəsində müraciətlərini qəbul etmək
- Sığortalı müştərilər üçün tibbi yardımın təşkili
- Məsləhət və manipulyasiyaların aparılmasında sığorta olunanlar üçün maksimal dərəcədə komfortlu şəraitin yaradılması
- Tibbi və sığorta sənədləşdirilməsinin aparılması
- Müraciyyətin məzmunundan asılı olaraq tibbi xidmətin müvafiq qanuna və qaydalara əsasən koordinasiyasnı təmin etmək və məlumatı mövcud olan bazada qeyd etmək
- Hesabatlar tərtib etmək
- Birbaşa rəhbərin müvafiq tapşırıqlarını yerinə yetirmək

Şəxsi keyfiyyətlər
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
- Müştəriyönümlülük, operativlik, ünsiyyət qurmaq bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

İş şərtləri
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı: 6/1: (qrafiklə) , 9:00-16:00
- Əmək haqqı:300 - 400 azn(iş təcrübəsindən asılı olaraq)
- Fəaliyyət nəticələrinin qiymətləndirilməsinə əsasən bonus sistemi

Məlumatlandırıcı qeydlər
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
- Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruting@ateshgah.com e-mail ünvanına Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi qeyd edərək göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 2021-09-05