Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
500-550

İş haqqında

Namizədə tələblər:
- Yaş: 21-35
- Təhsil: Ali və ya orta texniki tibb təhsili mütləqdir
- İş təcrübəsi: arzuolunandır
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla),Ingilis dili (arzuolunandır)
- Sərbəst PK və ofis proqramları istifadəçisi

Əsas vəzifə öhdəlikləri:
- Könüllü Tibbi Sığorta üzrə sığortalanan şəxslərin tibb müəssisəsində müraciətlərini qəbul etmək
- Sığortalı müştərilər üçün tibbi yardımın təşkili
- Məsləhət və manipulyasiyaların aparılmasında sığorta olunanlar üçün maksimal dərəcədə komfortlu şəraitin yaradılması
- Tibbi və sığorta sənədləşdirilməsinin aparılması
- Müraciyyətin məzmunundan asılı olaraq tibbi xidmətin müvafiq qanuna və qaydalara əsasən koordinasiyasnı təmin etmək və məlumatı mövcud olan bazada qeyd etmək
- Hesabatlar tərtib etmək
- Birbaşa rəhbərin müvafiq tapşırıqlarını yerinə yetirmək

Şəxsi keyfiyyətlər:
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
- Müştəriyönümlülük, operativlik, ünsiyyət qurmaq bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı: 6/1: 9:00-16:00
- Əmək haqqı: 500 - 550 azn
- Fəaliyyət nəticələrinin qiymətləndirilməsinə əsasən bonus sistemi

Məlumatlandırıcı qeydlər:
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
• Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi (tibb müəssisəsi) qeyd edərək göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 2021-10-07