Tikinti işləri üzrə Keyfiyyətə Nəzarət Mühəndisi

Şirkət haqqında
Əmək haqqı
1500-2000

İş haqqında

Vəzifə öhdəlikləri:
- Layihənin xüsusiyyətləri, təsvirləri, metodikası və Keyfiyyətə nəzarət planları / prosedurlarını hazırlamaq;
- İşlərin yerinə yetirilmə metodunun hazırlanması və müştəri ilə razılaşdırılması;
- İşin əhatə dairəsi üzrə Təftiş Test Planının hazırlanması və müştəri tərəfindən təsdiqlənməsi;
- Layihənin bütün növ sənədlərin qeydiyyatı həmçinin bütün digər layihələrə aid xüsusi keyfiyyətə nəzarət hesabatları yaratmaq, yeniləmək və saxlamaq;
- Müəyyən edilmiş tələblərə, standartlara və ya direktivlərə dair tamlığı və uyğunluğunu yoxlamaq;
- Hesabatların,sənədlərin yoxlanılması, tələb olunan keyfiyyət sənədlərini toplamaq və göndərmək;
- Tikinti sahəsində aparılan işlərin layihə tələblərinə, norma və standartlara uyğun olaraq həyata keçirilməsini təmin etmək və yerinə yetirilmiş işlərin qəbulunda iştirak etmək, növbəti işin başlanılmasına icazə vermək;
- Uyğunsuzluq hesabatı, düzəldici və önləyici fəaliyyət (NCR, CAP) hesabatlarının hazırlanmasında və icrasında icraçılarla əməkdaşlıq edir və həyata keçirir. Verilmiş uyğunsuzluq və ya düzəldici önləyici hesabatlarını sistemli olaraq qeydiyyatını aparır və müvafiq düzəliş tədbirlərini müəyyən edir;
- Testlərin, nəzarətin və yoxlamaların aparıldığından və icraçıların bütün lazımi layihə sənədlərindən istifadə edə biləcəyindən əmin olmaq;
- Mühəndis kommunikasiya sistemlərinin sınaqdan keçirilməsi və istifadəsi üzrə koordinasiya etmək və sənədləşdirməni aparmaq;
- İşin keyfiyyətinə təsir edən məsələləri həll etmək və ya işin keyfiyyətinə mənfi təsir edə biləcək zəruri hallarda işi dayandırmaq;
- Ölçü alətlərinin kalibrasiyadan keçirilməsinə və müvafiq sertifikatların alınmasına nəzarət etmək;
- Tikinti sahəsinə daxil olan materialların layihə uyğunluğunu yoxlamaq, tələblərə cavab vermədikdə isə materialın qəbulunu dayandırmaq;
- KND meneceri tərəfindən vəzifələrin yerinə yetirilməsi, sifarişlərin və tapşırıqların vaxtında və səmərəli icrası üçün cavabdehlik daşıyır;
- Məxfi informasiyanın və şirkət sirlərini saxlamağa məsuldur;
- Əmək intizamına və daxili intizam qaydalarına riayət etməklə məsuliyyət daşıyır.

Namizədə tələblər:
- Ali texniki təhsil (İnşaat sahəsində Ali təhsili olanlara üstünlük veriləcək)
- Tikinti işləri üzrə Keyfiyyətə nəzarət mühəndisi olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
- Müəssisənin keyfiyyət menecmenti sisteminə İSO standart tələbləri;
- Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə
- MS Office, AutoCad əla səviyyədə bilməli
- Texniki biliklərin yüksək səviyyədə olması;
- İşgüzar ünsiyyət bacarığı;
- Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqlar;
- Komandada işləmək bacarığı.

Digər tələb və şərtlər:
- Yaş həddi: 25-45
- Əmək haqqı 1500-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş yeri: Şamaxı şəhəri
- İş rejimi: 6 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “Tikinti İşləri üzrə Keyfiyyətə Nəzarət Mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 2021-08-07