İş haqqında
- İnşaat Mühəndisi sahəsində ali təhsil
- İnşaat konstruksiyası və metal konstruksiyaların layihələndirilməsi sahəsində minimum 3 il iş təcrübəsi
- Smeta çıxarmağı bacarmalı və qiymət təkliflərini verməli
- Mühəndisi qurğularının metal konstruksiyalarının hesablanmasını və layihələndirilməsi
- Yaşayış, mülki və sənaye binalarının, mühəndisi qurğularının metal konstruksiyalarının hesablanmasını və layihələndirilməsini.
- İşləri, hazırlanacaq konstruksiyaları texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsini, eləcə də onların standartlaşmış vahid şəkilə salınmış hissə və yığım vahidlərindən istifadəsini təmin edir.
- Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsini təmin edilməsi.
- Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir;
- İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır;
- Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədləri tərtib edir;
- Konstruktiv işçi layihəni sifarişə əsasən qüvvədə olan inşaat norma və qaydalarına riayyət etməklə aparar. gigienik sanitar normalar, yanğın normaları, təxliyyə planını nəzərə alınması.
Namizədə tələblər:
- AutoCad, ArchiCad, Lira, Sap, 3DsMAX proqramında işləyə bilmək.
- İnşaat norma ve qaydalarını bilməlidir,
- Layihə işlərinin təşkili və planlaşdırılmasını bilməlidir,
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməlidir,
- Müəllif nəzarətini yerinə yetirə bilməlidir,
- Dəmir - beton , metal konstruksiya layihə cizgilərinin hazırlanmasını bilməlidir,
- Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir,
- Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin doldurulmasını bilməlidir.
- İşində operativ, məsuliyyətli, işgüzar olmaq
Əmək haqqi: 1000–1500 manat (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
Göndərilən məktubun “mövzu” yerində “Mühəndis-konstruktor” qeyd edin.