Tikintinin təşkili və tikinti layihələri üzrə baş mühəndis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Namizədə tələblər:
- İnşaat və tikinti sahəsi üzrə Ali təhsil;
- Azərbaycan, rus və ingilis dili (yazılı və şifahi sərbəst ünsiyyət)
- İnşaat sahəsində rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi
- Kompüter bilikləri - MS Office, Autocad proqramlarını mükəmməl bilmək
- Yaş həddi: 25-50 yaş

Vəzifə üzrə tələblər:
- Layihələrin sahədəki tikinti fəaliyyətinə rəhbərliyi həyata keçirmək,
- Tikinti fəaliyyətinin layihəyə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsini təmin etmək
- Tabeçiliyində olan işçi heyətini və subpodrat şirkət heyətini layihə hədəfi doğrultusunda idarə etmək,
- Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək,
- Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsini təmin etmək,
- Materiallar, konstruksiyalar, detallar (hissələr), alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlanmasına nəzarət və onlardan səmərəli istifadə olunmasını təmin etmək.Görülmüş işlərin uçotunu aparmaq, texniki sənədləşməni tərtib etmək,
- Sahəni həmişə nəzarətdə saxlamaq, o cümlədən tikinti işləri ilə, heyətlə, layihə dəyişikliyi ilə bağlı problemlərinin aradan qaldırılmasını vaxtında və effektiv formada həyata keçirmək, işçi layihələri oxumaq, layihədə olan konstruktiv və texnoloji xətaları aşkar etmək,
- Tikintinin strukturunu formalaşdırmaq, sistemini qurmaq, mərkəzi ofisi və layihələrlə effektiv koordinasiyalı işləmək,
- Rəhbəri olduğu sahədə təhlükəsiz iş şəraitinin qurulmasını və davamlılığını təmin etmək.
- Smetaların hazırlanmasına nəzarət etmək.
- Təmir-tikinti işləri üçün zəruri olan inşaat materiallarının qiymət və keyfiyyətinə görə seçilməsində iştirak etmək

- İş saatı : Həftədə 6 gün
- Nahar fasiləsi: 13:00-dan 14:00-dək
- İş yeri: Bakı, Üzeyir Həcibəyov küç., 57
- Əmək haqqı yüksəkdir və müsahibə əsasında təyin olunacaq

Vakansiyaya müraciət üçün CV-ləri “Tikintinin təşkili və tikinti layihələri üzrə baş mühəndis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-11-03