UI/UX Dizayner

Şirkət haqqında
Əmək haqqı
400-600

İş haqqında

TİM Group Azərbaycan, Gürsüstan və Orta Asiyada innovativ proqram təminatlarının hazırlanması və eyni zamanda dünyanın aparıcı istehsalçıları və texnoloji şirkətləri ilə yüksək səviyyəli iş birliyi quraraq onların ən son texnoloji məhsullarının tətbiqi ilə məşğuldur.
Biz çox yaxın gələcəkdə müxtəlif təşkilatlara "Məlumatlar Bazasının Konsaltinqi" bölməsinin yaradılması üçün mütəxəssis hazırlığına başlayırıq.
TİM Group olaraq "UI/UX Dizayner" kimi Sizi komandamıza dəvət edirik.

Peşəkar komandamıza qoşulun və yaradıcı, dinamik, korporativ mədəniyyət üçün fərqli imkanlardan zövq alın. Əminik ki,şərtlərimiz və rahat iş mühiti Sizin individuallığınızı nümayiş etdirməyə, bacarıq və qabliyyətlərinizi həyata keçirtməyə, əvəzsiz təcrübə qazanmağa və komandamızın ayrılmaz bir hissəsi olmağınıza imkan yaradacaq.

- Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərini zamanında və yüksək keyfiyyətlə həyata keçirmək
- Şirkətin sosial səhifələrinə həftəlik professional postlar hazırlamaq
- İş qrafiki: I-V günlər, 09:00-dan 18:00-dək, VI gün 10:00-dan 16:00-dək
- Şirkət Demirchi Towers-da yerləşir
- Mehriban -dürüst iş şəraiti və kollektiv.
- Mükafatlandırma
- Maaş: 400-600 AZN

Namizədə tələblər
- Figma, Adobe XD ən azı bunlardan biri ilə iş təcrübəsi
- Portfolio mütləqdir
- Responsive dizayn üzrə bacarıq
- Yaradıcılıq qabiliyyəti
- Müştəri ehtiyaclarının araşdırılmasının nəticələrinə uyğun UX dizaynların və konseptlərinin hazırlanmasında təcrübə
- Araşdırma, qiymətləndirmə və analitik bacarıq
- Yüksək kommunikasiya və komandada işləmək bacarıqları
- Müştəri təcrübəsinin və tələbatlarının araşdırılması
- İstifadəçi personalarının müəyyən edilməsi və araşdırılması
- Yaradılmış dizayn prototiplərinin potensial istifadəçilərlə test edilməsi, nəticələrin analizi
- Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiqi və dizayn sistemin yaradılması, inkişaf etdirilməsi
- Yaradılmış rəqəmsal məhsulların interfeys dizaynının inkişaf etdirilməsi
- Dizayn sahəsində 1 il iş təcrübəsi
- Texniki ingilis dili (yeniliklər ve sənədləşmə ilə fərdi tanış olmaq üçün)
- Həm müstəqil, həm də kömanda yönümlü əməkdaşlıq şəraitində işləmə bacarığı olan

CV-lərinizi info@timgroup.az ünvanına göndərin.
Son müraciət tarixi: 2021-06-06