Ukraynada təhsil üzrə məsləhətçi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Namizədə tələblər
- Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan;
- Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən;
- Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran, satış üzrə peşəkar;
- Ukrayna daxil olmaqla, xarici ölkələrin təhsil sistemlərini yüksək səviyyədə bilən mütəxəssis;
- Azərbaycan, rus və ingilis dilini səlis bilmək;
- MS Office (Word, Excel) proqramları üzrə biliklər
- Tanınmış ali təhsil müəssisəsinin məzunu olmaq;
- Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;
- Xaricdə təhsil sahəsində çalışmış namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:
- Ukraynada təhsillə bağlı potensial müştərilərə konsultasiya xidmətləri göstərmək və bu konsultasiyaları effektiv şəkildə satışa çevirmək;
- Müştərilərə keyfiyyətli cümlələr ilə hazırlanmış, maksimal olaraq inandırıcı yazılı təkliflər hazırlamaq;
- Ukrayna ali təhsil müəssisələri və dil məktəbləri ilə yazışmalar və danışıqlar aparmaq;
- Ukrayna təhsil proqramı və təqaüdlər üzrə konsultasiyalar, yola düşməzdən əvvəl istiqamətləndirmə və proqramların qiymətləndirilməsi üzrə kurasiya işlərini aparmaq;
- Tərəfdaş qurumlar və xaricdə təhsil üzrə təchizatçılar əlaqələri idarə etmək və müqavilələrlə bağlı danışıqlar aparmaq;
- Ukraynada təhsil proqramı üzrə gündəlik fəaliyyətləri idarə etmək;
- Digər əlaqəli vəzifələri yerinə yetirmək;
- Həftəlik, aylıq, rüblük hesabatları təqdim etmək;
- Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək;

Şərtlər
- İş qrafiki: Bazar ertəsi – Cümə - 10:00 -19:00 / Şənbə - 10:00-18:00
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
- Əmək haqqı və bonuslar fərdi olaraq müzakirə olunur.
- İş yeri : Azərbaycan-Ukrayna Mərkəzi/ Ünvan: Xaqani küçəsi 100C, İ. Əfəndiyev adına Elitar Gimnaziyanın arxası.

Müraciət qaydası: [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – UKRAYNADA TƏHSİL ÜZRƏ MƏSLƏHƏTÇİ yazıb CV göndərməklə müraciət edilir.
Son müraciət tarixi: 26 avqust 2021