Ümumi şöbənin arxivariusu

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- Bankda kargüzarlıq və arxiv işinin təsdiq olunmuş Təlimata uyğun təşkili və aparılmasını həyata keçirir;
- Bankın Baş ofis və filiallardan təhvil-təslim aktı əsasında arxivə saxlanmağa verilən sənədləri qəbul edir;
- Arxivə saxlanmağa təhvil verilmiş sənədləri olduğu qovluqlardan çıxarıb müvafiq karton qovluqlara tikir;
- Hər bir sənədin növünü, tarixini üzlüklərin üzərində qeydiyyatını aparır;
- Hər bir sənədə sistem nömrəsi verir və onları müvafiq qaydada il bölgüsü şərti ilə arxiv qaydalarına əsasən rəflərə yığır;
- Baş ofis və filiallardan arxivə saxlanmağa təhvil verilən sənədlərin əsli sorğu olunduqda, tələbnamə əsasında sənədin əslini aktlaşdırılmış şəkildə təhvil vermək və sənədlərin surətini müvafiq qovluqlara yığır;
- MAİ nəzdində İdarə sənədlərinin qaydaya salan mərkəzin iştirakı ilə saxlanma müddəti bitən sənədləri müvafiq akt əsasında ləğvini həyata keçirir.

Namizədə tələblər:
- Arxiv sahəsində iş təcrübəsi;
- Kargüzarlığın və arxivləşmənin təlimatlarına uyğun aparılması;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- Müvafiq kompüter proqramları ilə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Arxivarius” göstərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-06-30