UX/UI Designer

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Təhsil və təcrübə
- Bakalavr və ya daha yüksək dərəcəli təhsil
- Dizayn sahəsində 2 il və daha artıq təcrübəyə üstünlükdür
- Sığorta sahəsində təcrübəyə üstünlükdür

Xüsusi iş bilikləri
- İstifadəçi araşdırması və istifadəyə yararlılıq testlərini planlamağı, icra etməyi və sintezləməyi bacarmalı
- Masaüstü(fərdi kompüter), veb-saytlar və mobil tətbiqetmələr üçün interaksiya dizayn həlləri yaratmaqda bacarıqlı
- Mütəmadi olaraq platformalar üzrə dəyişən fərqli dizayn sistemləri ilə iş təcrübəsinə sahib
- Dizayn prosesinin müxtəlif mərhələlərində istifadəçisi araşdırması planlamaq və icra etmək təcrübəsi
- Dizayn seçiminin əhəmiyyətini istifadəçilərə və dizayner olmayan paydaşlara çatdıra biləcək, güclü kommunikasiya bacarıqları
- Bu üç istiqaməti üzrə minimum hər hansısa ikisinə malik olmalı: İstifadəçi araşdırması, İnteraksiya dizaynı, Vizual dizayn
- Agile mühitdə proqram təminatı yaradılmasında möhkəm biliklər və Agile məhsul yaradılması quruluşlarında dizayn komandalarında təcrübə üstünlükdür
- UI proqram təminatında təcrübə - Figma və ya AdobeXD
- Front-end proqramlaşdırma üzrə anlayışların olması üstünlükdür

Tələb olunan yanaşma və davranışlar
- Vizualizasiyaların dizaynında müştəriyönümlülük
- “Sına və öyrən” yanaşmasına həvəsli
- Dizayn üçün abstrakt ideyalardan real həllər yaradabilən
- Problemlərin dizaynla həllində istəkli
- Güclü sahibkarlıq ruhuna sahib və son istifadəçinin maraqları üçün aktiv çalışan
- Yeni çətinliklərlə üzləşməyə və yeni bacarıqlar qazanmağa hazır
- Yardımsevər (komanda ilə işləməyi bacaran), maraqlı, anlayışlı, açıqfikirli və innovativ

Son müraciət tarixi: 26.07.2021
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.