Veb kontent mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- Verilən tətbiq üçün məzmun yaratmaq və saytların kontenti yazmaq (haqqımızda, xidmətlər, siyasətlər, FAQ və s.)
- SEO və SMM mütəxəssislərinin tövsiyələrinə uyğun olaraq məzmunu optimallaşdırmaq və tətbiq etmək
- Veb sayt məzmununu müxtəlif dillərə uyğunlaşdırmaq
- Veb saytlarda məzmun (blog daxil olmaqla) paylaşmaq
- Veb saytı yoxlamaq
- Tətbiqin və saytın məzmununu, üslubunu və tərtibatını planlaşdırmaq və inkişaf etdirmək üçün layihə sahibi və texniki qruplarla əməkdaşlıq etmək

Vəzifə tələbləri:
- Marketinq və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi və ya ekvivalent iş təcrübəsi
- Veb kontent mütəxəssisi vəzifəsində 3-5 ilə qədər təcrübə
- Veb məzmun admini və ya məzmun redaktoru kimi təcrübə
- Məzmunla bağlı marketinq strategiyalarına dair geniş bilik
- HTML, CSS və veb saytda dərc etmək haqqında əsas texniki biliklər
- SEO və veb trafik ölçüləri haqqında əsas biliklər
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl yazı bacarığı
- Microsoft Office məhsullarından istifadə bacarığı
- Nəticə yönümlü
- Detallara dəqiqlik və diqqət
- Planlaşdırmaq, prioritetləşdirmək və təşkil etmək bacarığı

İş Şəraiti:
- Əmək haqqı –Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir.
- İş saatı 10:00-19:00 (5 günlük iş qrafiki)
- İş yeri şəhərin mərkəzində yerləşir
- İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını yazıb CV göndərməklə müraciət edilir
Son müraciət tarixi: 2021.12.23