Vergi və maliyyə xidmətləri şöbəsinin əməliyyatçısı (əməliyyatçı mühasib)

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- Müəssisələrin onlayn kargüzarlıq və şəxsi hesab vərəqələrinə gündəlik nəzarətin edilməsi
- Müqavilə, hesab-faktura, üzləşmə aktı və digər sənədlərin hazırlanması
- Elektron qaimələrin yazılması
- Ölkədaxili və ölkəxarici bank köçürmələrinin həyata keçirilməsi
- Elektron qaimə və idxal bəyannaməsinə əsasən anbar uçotunun aparılması
- Müəssisələrin idxal və ixrac əməliyyatlarının izlənilməsi
- Müəssisələrdə debitor, kreditor və avansların uçotunun aparılması
- Müəssissələrlə bağlı olan əməliyyatların vaxtında və düzgün şəkildə 1 C proqramına işlənilməsi.
- Xidmət göstərilən müştərilərə və rəhbərə müvafiq hesabatların verilməsi
- Texniki əməliyyatlar üzrə müştərilərin sorğularının cavablandırılması

Vəzifəyə dair tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil
- Analoji sahə üzrə minimum 1 il təcrübəyə malik olması; (konsaltinq təcrübəsi üstünlükdür)
- Yaş: 22-35 yaş;
- Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması
- 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələri haqqında məlumatlı olmaq
- Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes və s.) ;

Bacarıq və səriştələr:
- Ünsiyyətcil olmalı;
- Komanda ruhlu olmalı;
- Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
- Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
- Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.

BERC Group MMC sizə nə vəd edir?
- Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi
- Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı
- Rəqabət qabiliyyətli əmək haqqı
- Korporativ nömrə və danışıq paketi
- İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;
- Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV - lərini 31.05.2022-ci il tarixinədək elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “əməliyyatçı mühasib” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez imtahan təşkil edilə bilər.