Vergilər üzrə Mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Tələblər:
- Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil
- Vergilərlə bağlı əlaqədar sahə üzrə 4 ildən artıq iş təcrübəsi
- Azərbaycan və ingilis dillərini peşəsinin tələb etdiyi səviyyədə bilmək
- MS Office və MS Excel proqramları üzrə yüksək səviyyədə istifadə bacarığına malik olmaq
- SAP proqramı üzrə biliklər

Tələb olunan kompetensiyalar:
• Müştəriyönümlülük
• Davamlı inkişaf
• Bütövlük
• Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma

Vəzifə və Öhdəliklər:
- Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması.
- Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi.
- Gəlir vergisi, ƏDV, əmlak vergisi və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi.
- Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması
- Gömrük bəyannamələrinin yoxlanması və izlənməsi
- Nağd pul vəsaitlərinin hərəkəti üzrə hesabat üçün vergi ödənişlərinin hazırlanması.
- Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması.
- Təxirə salınmış vergilərin hesablanması
- Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi
- Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət.
- Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.

Son Müraciət Tarixi: 30.04.21