Xaricdə təhsil üzrə məsləhətçi

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

- Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan;
- Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən;
- Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran, satış üzrə peşəkar;
- Şərqi Avropa, Qərbi Avropa, Amerika, Kanada, Böyük Britaniya daxil olmaqla, xarici ölkələrin təhsil sistemlərini yüksək səviyyədə bilən mütəxəssis;
- İngilis dilini Advanced səviyyədə bilmək (2-ci xarici dil bilənlərə üstünlük verilir);
- MS Office (Word, Excel) proqramları üzrə biliklər
- Tanınmış ali təhsil müəssisəsinin məzunu olmaq;
- Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;
- Xaricdə təhsil sahəsində çalışan namizədlərə üstünlük verilir.

Tapşırıqlar:
- Xaricdə təhsillə bağlı potensial müştərilərə konsultasiya xidmətləri göstərmək və bu konsultasiyaları effektiv şəkildə satışa çevirmək;
- Müştərilərə keyfiyyətli cümlələr ilə hazırlanmış, maksimal olaraq inandırıcı yazılı təkliflər hazırlamaq;
- Xarici ali təhsil müəssisələri və dil məktəbləri ilə ingilis dilində yazışmalar və danışıqlar aparmaq;
- Xaricdə təhsil proqramı və təqaüdlər üzrə konsultasiyalar, yola düşməzdən əvvəl istiqamətləndirmə və proqramların qiymətləndirilməsi üzrə kurasiya işlərini aparmaq;
- Tərəfdaş qurumlar və xaricdə təhsil üzrə təchizatçılar əlaqələri idarə etmək və müqavilələrlə bağlı danışıqlar aparmaq;
- Xaricdə təhsil proqramı üzrə gündəlik fəaliyyətləri idarə etmək;
- Digər əlaqəli vəzifələri yerinə yetirmək;
- Həftəlik, aylıq, rüblük hesabatları təqdim etmək;
- Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək;

Biz nə təklif edirik?
- Bakıdakı ofisdə iş
- Komandanın vacib iştirakçısı olmaq və inkişafınızı bizimlə birgə davam etdirmək imkanı
- Təlimlər: o cümlədən, ali təhsil müəssisələri və xaricdə təhsil proqramlarının seçim proqramı, “qaynar” satışlar, xaricdə ali təhsil sahəsində trendlər, təhsil xidmətləri üzrə marketinq.

Şərtlər:
- İş qrafiki: Bazar ertəsi – Cümə 10:00 -19:00 / Şənbə 10:00 - 17:00
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
- Əmək haqqı və bonus qaydalari fərdi olaraq müzakirə olunur.
- İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Müraciət qaydası: [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – XARİCDƏ TƏHSİL ÜZRƏ MƏSLƏHƏTÇİ yazıb CV göndərməklə müraciət edilir.
Son müraciət tarixi: 7 oktyabr 2021