Xəzinədarlıq şöbəsinin müdiri

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- Nağd pul vəsaitinin hərəkinin planlaşdırılmasını həyata keçirmək və vəsaitlərin hərəkətinin plan üzrə icrasına nəzarət etmək;
- Plan üzrə təsdiq olunmuş vəsaitlərin ödənişlərini həyata keçirmək, bank və nağd əməliyyatların dövriyyəsini təşkil etmək;
- Dövrü ödənişlərin təhlil olunması, onların növbəliliyinin planlanması və icrasına nəzarət;
- Pul vəsaitlərinin mədaxili və məxaricində fasiləsizliyin təmin olunması məqsədilə mədaxil və məxariclər üzrə nəzarətin və uçotun təşkil edilməsi;
- Qısa müddətli kapital tələbinin müəyyənləşdirilməsi üzrə təhlillər həyata keçirmək;
- Hesablaşmalar üzrə hesab qalıqlarının periodik yoxlanılması və nəzarətdə saxlanılması;
- Nağd pul vəsaitlərinin təhlükəsizlik tələblərinə uyğun saxlanılmasını təmin etmək;
- Günlük, həftəlik və rüblük pul vəsaitlərinin hərəkəti üzrə əməliyyatlar barəsində dəqiq və vaxtında hesabatlar hazırlamaq və təqdim etmək.

Tələblər:
- Maliyyə və planlama sahəsində ən azı 3 illik iş təcrübəsi;
- Məsuliyyətlilik, məntiqi və riyazi təfəkkür, detallara qarşı diqqətlilik, operativlik;
- Qeyri-standart vəziyyətlərdən çıxış yolu tapmaq bacarığı;
- MS Office proqramlarından, xüsusilə Excel-dən əla istifadə bacarığı;
- 1C proqramında yaxşı səviyyədə işləmə qabiliyyəti.

CV göndərərkən (nteymurova@yahoo.com ) mövzu qismində müraciət edilən vakansiya qeyd olunmalıdır!
Son müraciət tarixi: 2021-11-04