Xilasedici

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə: Xilasedici
Şöbə: İdman və Sağlamlıq
Tabeçilik:İdman və Sağlamlıq üzrə Menecer
İş yeri: Bilgah Beach Hotel

ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR
- Məsul olduğu ərazi üzrə nəzarət aparmaq
- İstirahət edənlərə hovuz/dənizdə təhlükəsizlik qaydalar barədə məlumat vermək
- Xilasetmə avadanlıqların işlək vəziyyətdə saxlanmasını təmin etmək
- Dənizdə və hovuzda insanların xilas olunması, ilkin həkiməqədər yardımın göstərilməsi
- Dənizdə və hovuzda bədbəxt hadisələrin xəbərdar olunması üçün lazımi təbliğat və izahat işlərinin aparılması
- Təhkim olunmuş avadanlıqdan səliqəli və təyinatı üzrə istifadə edilməsi
- Təhkim olunmuş ərazidə və xidməti otaqlarda təmizlik qaydalara əməl edilməsi
- Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi, davranış və xarici görkəm, iş rejimi və digər qaydalara əməl edilməsi

TƏLƏB OLUNAN BACARIQLAR
- Təhsil orta və daha yüksək
- 1 ildən artıq iş təcrübəsi
- İlkin tibbi yardım barədə məlumatın olması, (serifikat arzuolunandi)
- Üzgüçülük üzrə müvafiq sertifikatı olan, sularda xilasetmə, hərbi-dəniz və sahil mühafizə xidmətlərində qulluq etmiş, su idman növləri ilə məşğul olmuş şəxslərə üstünlük verilir
- Təmizkarlıq, səliqəlik, dəqiqlik, məsuliyyətlilik, təmkinlilik
- Müvafiq avadanlıqdan istifadə qaydaları üzrə biliklərin olması
- Suda xilasetmə bacarıqların olması, ilkin həkiməqədər yardımın yardım qaydalarının bilməsi

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə careers.bilgahbeach@absheronhotelgroup.com elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 2021-07-17