Xizək təlimatçılarının rəhbəri

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Xizək (Snowboard) sürmə üzrə təlimatçı müştəriyə alınmış bilet üzrə xizək (snowboard) təliminin verilməsi;
- Xizək (Snowboard) sürmə üzrə təlimatçı müştərilərə xizəkdə və ya snowboard lövhəsində (qar lövhəsi) əyləncəli, lakin təhlükəsiz şəkildə sürüşmək barədə peşəkar təlimatlar vermək;
- Müvafiq ərazi barədə biliklər əsasında müştərilər üçün münasib, fəaliyyətin məqsəd və hədəfinə uyğun olan təlim enişləri və xizək sürmə üçün yerləri seçmək;
- Müştərilərin şəxsi təhlükəsizliyini təmin etmək məqsədilə seçilmiş marşrutlar ilə bağlı təhlükələri müəyyən etmək və riskləri minimum səviyyəyə endirmək;
- Müştərilərin təlim üçün müvafiq qaydada geyindiyini və avadanlıqlar ilə təchiz edildiyini yoxlamaq;
- Hər hansı müştəri şəxsi istəyi ilə özünəməxsus olan xizək və xizək avadanlıqlarını götürməyə üstünlük versə belə avadanlıqların təhlükəsizliyini və münasibliyini qiymətləndirmək və onları şəxsi rahatlıq baxımından sazlamaq;
- Təlim fəaliyyəti barədə təlimatları və müvafiq məlumatları iştirakçılar üçün münasib üslubda çatdırmaq;
- Xizək üzərində müvazinət saxlamaq, və hərəkət etmə kimi bacarıqları öyrətmək, alət və avadanlıqlardan istifadə qaydalarını göstərmək;
- Şöbə əməkdaşlarının iş bölgüsü planlamaq və nəzarət etmək;
- Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatların hazırlanması
- Tələb olunan hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
- Müştərilərlə ünsiyyət zamanı professional danışıq və nitq mədəniyyəti qaydalarına riayət etmək;
- Müştərilərdən daxil olan suallarla bağlı mütəmadi təhlillərin aparılması, aidiyyəti struktur bölmələrdən tələb olunan məlumatların toplanması, fəaliyyət sahəsi üzrə müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsinin təmin edilməsi;
- Qonaq ərazilərində məlumatverici lövhələrin tələblərə və standartlara uyğun olduğuna nəzarət etmək;

Tələb olunan bilik, bacarıq və təcrübə:
- Yüksək səviyyəli xizəkçi və ya snowbordçu
- MS Office, Outlook (istifadəçi səviyyəsi), MS Excel (sadə formulalarla işləmək)
- Müvafiq sahələrdə 1 il idarəedici səviyyədə iş təcrübəsi
- Yüksək səviyyədə Azərbaycan və rus dili, orta səviyyədə ingilis dili;
- Yazılı və şifahi ünsiyyət bacarığı;
- Müştəri fokuslu və yüksək müştəri məmnuniyyəti əldə etməyə yönümlü;
- Nitqində qüsur olmamalı
- Diqqətli, punktual, səbirli və məsuliyyətli olmalı
- Ünsiyyət qurma və izah etmə qabiliyyəti
- Hava və ətraf mühit barədə məlumatları təhlil etmək sahəsində təcrübə;
- Fövqəladə hallarda müvafiq şəkildə hərəkət etmək üçün ilkin tibbi yardım və cəld reaksiya bacarığı və müvafiq ixtisaslı mütəxəssis gələnə qədər rəhbərlik işini həyata keçirmək;
- İlkin tibbi yardım göstərməklə və təcili evakuasiya prosesini idarə etməklə və s. tədbirlər ilə müştərinin sağlamlığını təmin etmək;
- Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Xizək təlimatçılarının rəhbəri) göstərilməklə göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq

Son müraciət tarixi: 2021.12.11