YÖS/ALES (Riyaziyyat) müəllimi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

YÖS/ALES (Riyaziyyat) müəllimi

Vəzifə öhdəlikləri:
- Tədris proqramının və qruplar üzrə dərslərin planlaşdırılması
- Bölmələr üzrə formativ qiymətləndirmə və ümumi sınaq imtahanları təşkil edərək tələbələrin öyrənmə və inkişaf səviyyəsinin müəyyənləşdirilməsi
- Tələbələrin inkişafının qarşısını alan problemlərin araşdırılması və zəruri tədbirlərin görülməsi. Ehtiyac olduğu halda administrativ heyətə bu barədə məlumat verilməsi
- Tələbələrin daha yüksək nəticə göstərməsi üçün ehtiyaclara uyğun olaraq dərslərdə müasir texnologiya, interaktiv metodologiyaların tətbiqi

Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- YÖS və ya ALES dərslərinin tədrisi sahəsində təcrübə
- Proqram üzrə tədris bacarığı
- Yüksək səviyyədə riyazi biliklər
- Proqramın tədrisi üzrə pedaqoji sertifikatların olması üstünlükdür

Tələb olunan bilik və bacarıqlar:
- Yüksək pedaqoji bacarıqlar
- Həm üzbəüz, həm də onlayn qaydada dərsləri aparmaq
- Komandada işləmək bacarığı
- Gülərüz və pozitiv olmaq
- İşə ciddi və məsuliyyətli yanaşmaq

Şərtlər:
- Şəhərin mərkəzində yerləşən rahat ofis.
- İş qrafiki fərdi qaydada müəyyən edilir.
- İş şərtləri fərdi olaraq müzakirə olunur.
- İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Müraciət qaydası: [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “YÖS/ALES (Riyaziyyat) müəllimi” yazıb CV göndərməklə müraciət edilir. Yalnız ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 17 oktyabr 2021