Yükqaldırma üzrə kiçik mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə: Yükqaldırma üzrə kiçik mütəxəssis
Yerləşmə: Baş Ofis
Şöbə: Marketin inkişafı üzrə Departament

Vəzifə öhdəlikləri
- Bütün kateqoriyalı liftlər üçün təmir və profilaktik təmir planlarına ümumi nəzarəti təmin etmək üçün MEP menecerinə kömək etmək.
- Qaldırma ilə əlaqəli bütün potensial riskləri və inkişaf məsələlərini mağaza menecerlərinə, MEP menecerinə və SƏTƏM komandasına çatdırmaq.
- Liftlə bağlı bütün profilaktik texniki xidmətlərin planlaşdırılmasını və riskin qiymətləndirilməsinin tam uyğunluğunu təmin etmək.
- Arzuolunmaz risklərə səbəb olmadan və risk qavrayışının dərəcəsini yüksəltmədən qaldırma ilə bağlı potensial riskləri müəyyənləşdirmək və bu barədə məlumat vermək.
- Bütün qaldırma əməliyyatlarının insanlara və ya əmlaka zərər vermədən təhlükəsiz və nəzarət olunan tərzdə yerinə yetirilməsini təmin etmək.
- Qaldırma əməliyyatını yerinə yetirilməsi risklərinə görə məsuliyyət daşımaq və onları məqbul səviyyəyə çatdırmaq
- Qaldırma ilə bağlı bütün məsələlərə baxılmasını və vaxtında həll olunmalarını təmin etmək.
- Məkanda çalışan komandanı və xidmət göstərənləri təlimləndirərək qaldırma prosedurunu təbliğ etmək.
- Texniki qaldırma ilə bağlı məsləhətlər vermək və rəhbərlikdən ehtiyac olan təsdiqləmələri təmin etmək.

Vəzifə üzrə tələblər
Ümumi tələblər
- Mühəndislik və ya aidiyyəti sahə üzrə ali təhsil.
- Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiqlənmiş elektro-mexaniki sertifikatı.
- Müvafiq qanunlar, qaydalar və standartları bilmək.
- Qaldırma əməliyyatları və qaldırıcı avadanlıqlarla azı 2 illik iş təcrübəsi.
- Sistemi işə salmaq üçün SƏTƏM tələbləri və davranışlarını, təhlükəsiz iş sistemlərini və icazədən istifadəni tam başa düşmək.
- Normal iş saatlarından artıq işləyə bilmək.
- İngilis dili üzrə B2 səviyyəsində yazı və danışıq bacar.

Tələb olunan bacarıqlar
- Komanda ilə işləmək və MEP üzrə menecerin təlimatlarını yerinə yetirmək bacarığı.
- Şifahi və yazılı təlimatları başa düşmək və yerinə yetirmək bacarığı.
- Təhlükəsiz və səmərəli şəkildə işləmək bacarığı.
- Təzyiq altında işləmək bacarığı.
- Prioritetləri təyin edə, resursları bir yerə yığa və əməliyyatların effektivliyini idarə edə bilmə bacarığı.
- Nəzarət olunan mühitdə sənədlər və sənədləşməni dəqiq idarə edə bilmə bacarığı.

İdeal namizədə aid bacarıqlar
- Düzgün iş prosesi qurmaq bacarığı.
- Güclü ünsiyyət bacarıqları.
- Problemləri vaxtında müəyyənləşdirmək və həll etmək.
- Vaxta əhəmiyyət vermək və ondan səmərəli istifadə etmək.
- Müstəqil və ya komanda ilə işləmə bacarığı.

Əsas xüsusiyyətlər
- Yaxşı komanda təşkilatçısı.
- Yüksək motivasiyalı olmaq.
- İşə sakit, peşəkar münasibət və yanaşma.
- Hər səviyyədə olan həmkarlarına hər zaman məsləhət. verməyə və dəstək göstərməyə həvəsli olmaq.
- Nəzarətsiz işləmə bacarığı, etibarlı və güvənilir olmaq.

Qeyd
Maraqlanan namizədlər hr2@azerbaijansupermarket.com email ünvanına "Yükqaldırma üzrə kiçik mütəxəssis" başlığı ilə müraciət edə bilər.
Son tarix: 2021-08-27