05 Dekabr 2022 tarixində İdarəetmə Sistemleri üzrə məsləhətçi, auditor və təlimçi Ruslan Qurbanov PROGRO Sumqayıt mərkəzinin növbəti qonağı olmuşdur.
05 Dekabr 2022 tarixində İdarəetmə Sistemleri üzrə məsləhətçi, auditor və təlimçi Ruslan Qurbanov PROGRO Sumqayıt mərkəzinin qonağı olmuşdur. Görüş zamanı Ruslan bəy uğurlu karyerası haqqında danışdı və karyerada uğur qazanmağın yolları haqqında gənclərə tövsiyələr verdi. Daha sonra beynəlxalq keyfiyyət standartları üzrə sertifikatlaşma prosesi haqqında gəncləri məlumatlandırdı və bu istiqamətdə gənclərin suallarını cavablandırdı. Ruslan bəyə gənclərimiz üçün ayırdığı zamana görə təşəkkür edir, işlərində uğurlar arzulayırıq
“Peşəkar İnkişaf və İnnovasiyalar (PROGRO) Platforması” BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir və USAID tərəfindən maliyyələşdirilir.
PROGRO Platformasının əsas məqsədi peşəkar səriştəli gənclərin yetişdirilməsi və onların əmək bazarına inteqrasiyasının təmin edilməsidir.
PROGRO Platforması Gəncə, Zaqatala və Sumqayıtda fəaliyyət göstərən Gənclərin Peşəkar İnkişaf Mərkəzləri vasitəsilə icra olunur.


