10-dekabr-tarixinde-progro-gence-merkezinin--qonagi-oksi-qrupun-tesiscisi-emin-abbasov-olmusdur

10 Dekabr tarixində PROGRO Gəncə mərkəzinin qonağı "OKSİ" qrupun təsisçisi Emin Abbasov olmuşdur.

10 Dekabr tarixində PROGRO Gəncə mərkəzinin qonağı "OKSİ" qrupun təsisçisi Emin Abbasov olmuşdur.

Emin bəy çıxışı zamanı "OKSİ" qrupun təsis edilməsindən, fərqli biznes sahələrində olan inkişaf yolundan sitatlar gətirib. İştirakçılara motivasiyanın biznesə olan təsiri haqqda geniş məlumat verib.

Emin Abbasov: "Motivasiyanın biznesə olan təsiri həddindən artıq vacibdir. Biznes sahəsi uğurlu və uğursuz etaplardan keçir. Uğursuzluqların üzərində çox durmayan daim yeniliklərə açıq olan biznes sahibi hər zaman yüksəliş də olacaq." deyə qeyd edib.

Sonda Emin bəy iştirakçıların suallarını cavablayıb, öz karyera yolu, qarşılaşdığı çətinliklər və onlardan çıxış yolları haqqda geniş məlumat verib.

Ona PROGRO komandası adından təşəkkürümüzü bildirir, uğurlar arzu edirik.

"PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ( Dövlət Məşğulluq Agentliyi ) tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.