10-seherde-peseler-festivali-bas-tutacaq--

10 şəhərdə “Peşələr Festivalı” baş tutacaq!

15 may 2022 – 2 iyun 2022

Peşələr Festivalı 10 şəhərdə baş tutacaq. Şəhər siyahısı ilə aşağıdan tanış ola bilərsiniz. 

Festivalda iştirak ödənişsiz və qeydiyyatsızdır! 

Festival haqqında:

“Peşələr festivalı” düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaradan bir layihədir. Festivalda bütün yaş qruplarından olan şəxslər iştirak edərək müvafiq peşələr haqqında məlumat ala bilər.
Layihənin əsas məqsədi Azərbaycanın 10 bölgəsində 10 peşə haqqında maarifləndirici tədbirlər həyata keçirərək şəxslərə müvafiq peşələr və peşə sahibləri ilə daha yaxından tanış olmaqla peşə və ixtisas seçiminə dəstək göstərməkdir.

Peşə festivalında sizi nələr gözləyir?

Şən ab-hava, 10 peşə haqqında təqdimat, vorkşoplar və daha nələr – nələr!

Festivalın cədvəli:
Peşələr festivalı 10 müxtəlif rayon və şəhərdə baş tutacaq.

Ətraflı məlumat üçün linkə daxil olun