11-dekabr-tarixinde-progro-zaqatala-merkezinin-qonagi-turan-bank-asc--nin-zaqatala-filialinin-kredit-sobesinin-mudiri-nofer-ferhadov-oldu

11 dekabr tarixində PROGRO Zaqatala mərkəzinin qonağı "Turan Bank ASC"- nin Zaqatala filialının kredit şöbəsinin müdiri Nofər Fərhadov oldu.

11 dekabr tarixində PROGRO Zaqatala mərkəzinin qonağı "Turan Bank ASC"- nin Zaqatala filialının kredit şöbəsinin müdiri Nofər Fərhadov oldu.

Nofər bəy gənclərə öz karyera inkişafı haqqında məlumat verdi və qarşılaşdığı çətinliklər, problemlərə tətbiq etdiyi həll yolları haqqında danışdı. İşə qəbul prosesi haqqında gəncləri məlumatlandırdı. Cv və müsahibələrdə diqqət edilən məqamları vurğuladı.

Nofər Fərhadov: "Müsahibə zamanı səliqəli geyim və görüntünün vacibliyi, suallar ətrafında konkret məlumatların verilməsi, vaxtında görüş yerində olmaq, şirkət və vakansiya haqqında məlumatlılıq diqqət olunan əsas məqamlardan biridir.İşçi axtarışı zamanı müraciə edenlərin sahə üzrə məlumatsızlığı, özünü ifadə çətinliyi, gənclərin müsahibə prosesinə biganə yanaşması olduqca aktual problemlər biridir."

Sonda Nofər bəy iştirakçıları maraqlandıran sualları cavablandırdı və fəaliyyət göstərdiyi müəssisədəki mövcud vakansiyalar haqqında ətraflı məlumat verdi. Nofər bəyə gənclərimiz üçün ayırdığı zamana və öz təcrübələrini bölüşərək verdiyi tövsiyələrə görə PROGRO komandası adından təşəkkür edir, uğurlar arzulayırıq.

"PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ( Dövlət Məşğulluq Agentliyi ) tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.