13-dekabr-tarixinde-progro-zaqatala-merkezinin-qonagi-bmt--nin-erzaq-ve-kend-teserrufati-teskilatinda-layihe-rehberi-yusif-axundov-oldu--

13 dekabr tarixində PROGRO Zaqatala mərkəzinin qonağı "BMT" -nın "Ərzaq və Kənd Təsərrüfatı" təşkilatında layihə rəhbəri Yusif Axundov oldu.

13 dekabr tarixində PROGRO Zaqatala mərkəzinin qonağı "BMT" -nın "Ərzaq və Kənd Təsərrüfatı" təşkilatında layihə rəhbəri Yusif Axundov oldu.
 Görüş zamanı Yusif bəy iştirakçılarla biznes ideyalarının müəyyən edilməsi ilə bağlı komanda işi keçirdi və  müəyyən edilmiş biznes ideyalarını dinləyərək dəyərləndirmə apardı.
 Yusif Axundov qeyd edir: “Yalnız hər hansı bir müəssisədə işləməklə deyil, şəxsi biznesinizi quraraq da uğurlu karyeraya sahib ola bilərsiniz. Biznes quran zaman əsas məsələlərdən biri doğru ideyanın müəyyən edilməsidir. Biznesinizlə bağlı swot analizi apararaq, təhlükə və imkanları doğru dəyərləndirməyi bacarmaq, biznes təhlükələrini fürsətə çevirmək lazımdır."
 Daha sonra meyvə qurutma biznesi haqqında, "BMT"- nın "Ərzaq və Kənd Təsərrüfatı" təşkilatının biznes ideyaların reallaşdırılmasına dəstəyi haqqında danışaraq, iştirakçıları bu fürsətlərdən yararlanmağa dəvət etdi. 
Sonda iştirakçıların suallarını cavablandıran Yusif bəy gənclərə Stepen Coveyin “Yüksək effektivli insanların yeddi vərdişi”, Robin Şarmanın “Ferrarisini satan rahib”, Yuval Noah Harari “XXI əsr üçün 21 dərs” kimi kitablarını oxumağı tövsiyə etdi. 
Yusif bəyə PROGRO komandası adından təşəkkür edir,uğurlar arzulayırıq.
"PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” UNDP Azerbaijan  ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (  Dövlət Məşğulluq Agentliyi ) tərəfindən yaradılmışdır və USAID/Azerbaijan  tərəfindən maliyyələşdirilir.