14-cu-baki-beynelxalq-qisa-filmler-festivali-baslayir--

14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başlayır!

Noyabrın 10-da saat 19:00-da Nizami Kino Mərkəzində 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçiriləcək.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyidir.

Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.

Bu il festivala 78 ölkədən 704 film göndərilib. Kino mütəxəssislərindən ibarət Seçim Komissiyası bu filmlər arasından Beynəlxalq, "Asiya istedadları" və Yerli müsabiqədə yarışan ekran əsərlərini müəyyənləşdiriblər. Beləki, Beynəlxalq müsabiqədə 32 ölkəni təmsil edən 42 film, "Asiya istedadları"nda 17 film, Yerli müsabiqədə isə 26 film festivalın əsas mükafatı olan "Qızıl Nar" uğrunda mübarizəyə qoşulur.

Bu il beynəlxalq müsabiqənin filmlərini "Qızıl Pari" mükafatçısı, filmləri Rotterdam, "Kinoşok", Karlovi-Varı kimi nüfuzlu kinofestivallarda nümayiş olunub, mükafatlar qazanan Yavər Rzayev, Kann mükafatçısı, Moskva, Tokio festivallarının baş mükafatçısı, rejissor Rza Mirkarimi, Berlinali mükafatçısı, Moskva, Avrasiya, Varşava Film Festivallarının baş mükafatçısı, rejissor, prodüser Farhad Şərifov, tanınmış ssenarist, ssenari üzrə məsləhətçi Rulof Yan Minnebu qiymətləndirəcək.

"Asiya istedadları"nın münsiflər heyətində Baykonur Beynəlxalq Film Festivalının proqram direktoru, kinotanqidçi Ercan Cumabayov, müasir Azərbaycan nəsrinin tanınmış siması, yazıçı, ssenarist Şərif Ağayar, bir sıra beynəlxalq kinofestivalların qalibi, rejissor, ssenarist Ramin Farzaneh yer alır. Yerli müsabiqədə yarışan filmləri rejissor, ssenarist, teatr, kino va televiziyada öz dəsti-xatti ila farqlanmayi bacaran əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri, "Ayna"-"Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Elçin Şıxdı, müasir Azərbaycan kinosunun an mahsuldar tasvir rejissorlarından olan Nadir Mehdiyev qiymətləndirəcək.

Mobil telefonla çəkilən filmlərdən ibarət "Cinemobil" müsabiqəsində isə 3 film yarışacaq.

  • Festivalın müsabiqədənkənar maraqlı bölmələri də var. Beləki, "British Council"la əməkdaşlığın nəticəsi olaraq festival çərçivəsində İngiltərə kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı-BAFTA namizədlərinin xüsusi nümayişi olacaq.
  • "Dili bizim də dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər göstəriləcək.
  • "Panorama"da isə gələcəyinə böyük ümidlər bəslənən müəlliflərin filmləri təqdim olunacaq.
  • Festivalda yer alan yerli va xarici qısa filmlər 6 gün müddətində saat 11: 00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq.
  • Azərbaycan kinosunun 125 illiyinə həsr olunan "Retrospektiv də müxtəlif dövrlərə aid beş qısa film - Zaur Məhərrəmovun "Bakı eyvanları", Nicat Feyzullayevin "Yaşa, qızıl balıq", Həsən Seyidbəylinin "Cazibə qüvvəsi", Arif Məhərrəmovun "Münəccimin şagirdi", Rüfət Əsədovun "Vahimə" ekran əsərləri göstəriləcək.
  • Həmçinin festivalın açılış günü "Azərbaycan kinematoqrafiyasında xidmətlərinə görə" bir neçə kino xadimi "Qızıl Nar" mükafatı ilə təltif ediləcək.
  • Festival müddətində həmçinin noyabrın 12-də saat 14:00-da tanınmış kinorejissor Rza Mirkariminin "Şərq rejissorunun özəlliyi" mövzusunda master -klası, noyabrın 14-də saat 16:00-da qrafik dizayner Rasul Hasanin "Kinoda süni intellect texnologiyasının tətbiqi" adlı müharizəsi baş tutacaq.

Festival qaliblərin mükafatlandırılma mərasimi noyabrın 15-də saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək.

Kann, Venesiya, Berlin Film Festivallarında, "OSKAR"da mükafat va uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlar Festivalı ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.

PROQRAM