17-18 dekabr 2022 - ci il tarixlərində Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə, Sumqayıt Gənclər Klubu və Gənclərin inkişaf və Karyera mərkəzinin təşkilatçılığı ilə işaxtaranlar üçün “II Sumqayıt Karyera sərgisi” keçirildi.

PROGRO Sumqayıt mərkəzi nümayəndəsi də hazırki qrup iştirakçıları və əvvəlki qruplardan məzun olan işaxtaran gənclərlə birgə sərgidə iştirak etmişdir. Sərgidə işaxtaran gənclərə fəaliyyətlərimiz haqqında geniş məlumat verilərək hər bir gəncə xidmətlərimizdən faydalanmaq tövsiyə olundu. Sərgidə iştirak edən gənclərdən 50-ə yaxını PROGRO - nun xidmətlərindən yararlanmaq üçün qeydiyyatdan keçdi. Həmçinin layihə məzunlarımız iştirak edən 30-a yaxın şirkət nümayəndəliyi haqqında vakansiyalardan agah olub, uyğun vakansiyalara müraciət etdilər.