17-dekabr-tarixinde-sumqayit-progro-merkezin-qonagi-sosial-sahibkar-buta-art--sweets--in-tesiscisi-spiker-sara-recebli-oldu--

17 dekabr tarixində Sumqayıt PROGRO mərkəzin qonağı sosial sahibkar, "Buta Art & Sweets"- in təsisçisi spiker Sara Rəcəbli oldu.

17 dekabr tarixində Sumqayıt PROGRO mərkəzin qonağı sosial sahibkar, "Buta Art & Sweets"- in təsisçisi spiker Sara Rəcəbli oldu.

Sara xanım sosial sahibkarlıq mövzusunda çıxış etdi. Sosial sahibkarlığın yaranma tarixi, biznes və sosial sahibkarlıq anlayışlarının fərqi, dünyada və ölkəmizdə mövcud olan, uğur qazanmış sosial bizneslər haqqında ətraflı məlumat verdi.

Sara Rəcəbli çıxışı zamanı onu da qeyd etdi ki, sosial sahibkarlığın əsas məqsədi sosial problemi davamlı biznes yolu ilə həll etməkdir. Sosial sahibkarlıq reklam və şəxsi brendinq üçün istifadə edilməməlidir deyə bildirdi.

Sonda spikerimiz fərdi sahibkarlığa başlamaq istəyi olan gənclərə tövsiyələr verdi və iştirakçıların suallarını cavablandırdı.

Sara xanıma komandamız adından təşəkkür edir, işlərində uğurlar arzulayırıq.

"PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ( Dövlət Məşğulluq Agentliyi ) tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.