2 fevral Gənclər Gününə həsr olunmuş "I Strateji Planlaşdırma Forumu" keçiriləcək.
31 yanvar tarixində Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Azerbaijan Student Youth Organizations' Union tərəfindən 2 fevral Gənclər Gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatlarının "I Strateji Planlaşdırma Forumu" keçiriləcək.
Forumun əsas məqsədi ATGTİ və TGT-lərin uzunmüddətli dayanıqlı inkişaf strategiyasının müəyyən olunması, inkişaf üçün düzgün planlanma aparılmasına dəstək olmaqdır.