2019-2023-dovlet-proqrami-cercivesinde-xaricde-doktorantura-tehsiline-dair-2022-ci-il-uzre-ilk-sened-qebuluna-start-verilir--

“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ilk sənəd qəbuluna start verilir

Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2022-ci il üzrə ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.

Proqram müraciət üçün tələb olunan sənədlərin siyahısı keçiddən əldə oluna bilər.

Proqrama müraciət tarixləri 1 fevral – 1 aprel 2022-ci ili əhatə edir.

“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün qeydiyyatdan linki keçiddən əldə oluna bilər.

Qeyd edək ki, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.

Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail