20212022-ci-tedris-ili-uzre-sabah-qruplarinin-bakalavr-seviyyesine-telebe-secimi-musabiqesi-aciq-elan-olunur--

2021/2022-ci tədris ili üzrə SABAH qruplarının bakalavr səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur

2021/ 2022-ci tədris ilində #ADBTİA-da istedadlı tələbələr üçün “İdman menecmenti və kommunikasiya” ixtisası ilə yanaşı “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq əsasında #SABAH qrupları modeli çərçivəsində pilot qruplar yaradılır.
Qrupların yaradılmasında əsas məqsəd ADBTİA-da tədrisin keyfiyyətinin yüksəldilməsi, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq rəqabətqabiliyyətli kadr hazırlığının təmin edilməsidir.

Müsabiqədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.

Əfraflı məlumat üçün link