20222023-cu-tedris-ili-uzre-pese-tehsil-muessiselerine-ixtisas-fenn-muellimi-ve-istehsalat-telimi-ustalarinin-ise-qebul-musabiqesi-davam-edir--

2022/2023-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbul müsabiqəsi davam edir.

2022/2023-cü tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimləri və  istehsalat təlimi ustalarının işә qәbulu mərkəzləşmiş qaydada müsabiqә yolu ilə həyata keçiriləcəkdir. Peşə təhsil müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər 19 - 27 iyul tarixləri arasında https://portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində ümumilikdə müxtəlif peşə təhsil müəssisələri üzrə 79 ixtisas fənn müəllimi və 211 istehsalat təlimi ustası vakansiyası elan olunub.

Qəbul qaydaları

İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsi elektron әrizәlәrin qәbulu və vakant yerlərin seçilməsi, həmçinin təqdim edilən mәlumatların müsabiqәnin şәrtlәrinә uyğunluğunun müsabiqə komissiyası tәrәfindәn yoxlanılması, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

Ərizələri təsdiq edilən namizədlər 3 avqust tarixində ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test imtahanında iştirak edəcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.