22112021-ci-il-tarixinde-progro-zaqatala-merkezinde-genclerin-emek-bazarina-inteqrasiyasi-istiqametinde-gorulen-islerle--bagli-gorus-teskil-olundu

22.11.2021-ci il tarixində PROGRO Zaqatala mərkəzində gənclərin əmək bazarına inteqrasiyası istiqamətində görülən işlərlə bağlı görüş təşkil olundu

22 noyabr 2021-ci il tarixində ABŞ Səfirliyinin Missiya rəhbərinin müavini Michael Dickerson, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiya direktoru Jaidev Singh, BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, rezident əlaqələndirici xanım Vladanka Andreeva, Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizeman, BMTİP nın Azərbaycan üzrə rezident nümayəndəsinin vəzifəsini icra edən Çaru Bist, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, USAID-nin direktoru Angelina Allen-Mpyisi, USAID/OGER Sənan Süleymanov, USAID/Koordinator Michael Miller, BMTİP in Proqram Məsələləri üzrə Müşavir Leyla Fəthi Zaqatala PROGRO mərkəzinə baş çəkdilər.

Burada onlara PROGRO Zaqatala mərkəzində gənclərin əmək bazarına inteqrasiyası istiqamətində görülən işlərlə bağlı məlumat verildi. Daha sonra mərkəzə yeni qoşulmuş və əvvəlki qruplardan məzun olmuş gənclərin PROGRO - nun gənclərə faydası ilə bağlı fikirləri dinlənildi. USAID əməkdaşlarının PROGRO Zaqatala gəncləri üçün öz maliyyəsi hesabına aldıqları komputerlərə baxış keçirildi. Sonda qonaqların sualları cavablandırıldı və birgə xatirə şəkli çəkildi.

UNDP Azerbaijan  USAİD Azerbaijan   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi   Dövlət Məşğulluq Agentliyi