24-dekabr-tarixinde-gence-progro-merkezinin-qonagi-gence-dunya-mektebinin-tedris-isleri-uzre-koordinatoru-aslan-quliyev-olmusdur--

24 dekabr tarixində Gəncə PROGRO mərkəzinin qonağı Gəncə Dünya Məktəbinin tədris işləri üzrə koordinatoru Aslan Quliyev olmuşdur.

       24 dekabr tarixində Gəncə PROGRO mərkəzinin qonağı Gəncə Dünya Məktəbinin tədris işləri üzrə koordinatoru Aslan Quliyev olmuşdur.

      Aslan bəy "Peşəkar işçi profili və şəbəkələşmə" mövzusunda çıxış etdi. İştirakçılara davamlı peşəkar inkişafın təsirləri, şəbəkələşmənin faydaları, işçi profilinin formalaşma xüsusiyyətləri haqqda geniş məlumat verdi.

      Sonda Aslan bəy iştirakçıları maraqlandıran sualları cavablandırdı. Aslan bəyə gənclərimiz üçün ayırdığı zamana və öz təcrübələrini bölüşərək verdiyi tövsiyələrə görə PROGRO komandası adından təşəkkür edir, uğurlar arzulayırıq.

"PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ( Dövlət Məşğulluq Agentliyi ) tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.