28-dekabr-saat-1900-da-direktorlar-klubu-cercivesinde-davam-eden-meslehetli-saat-proqraminin-final-buraxilisi-yayimlanacaq--

28 dekabr saat 19.00-da "Direktorlar klubu" çərçivəsində davam edən "Məsləhətli saat" proqramının final buraxılışı yayımlanacaq.

28 dekabr saat 19.00-da "Direktorlar klubu" çərçivəsində davam edən "Məsləhətli saat" proqramının final buraxılışı yayımlanacaq.

Final buraxılışında Türkiyə Təhsil Dərnəyində icraçı direktorun müavini vəzifəsində çalışan Şule Akalın, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev, məktəb direktorları Araz Babayev, Mehman Əliyev, Səkinə Rzayeva, Südabə Abdullayeva, Könül Məmmədli, Fəttah Fəttayev, Lətifə Əzimova, Leyla Fətiyeva ilə “2021-2022-ci ildə məktəbimiz: uğurlar və prioritetlər” barədə danışılacaq.

Proqramı "T-Network"-un feysbuk səhifəsi üzərindən əməkdar müəllim Asif Cahangirovun təqdimatında izləyə bilərsiniz.

Xatırladaq ki, "Direktorlar klubu" Təhsil Nazirliyinin dəstəyi, T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı və Kapital Bankın baş sponsorluğu ilə yaradılıb.