4-cu-ferqli-ferdler-konqresi-kecirilecek--

4-cü “Fərqli Fərdlər” konqresi keçiriləcək

5 mart 2022-ci il tarixində Bakı şəhərində online formatda fərqli inkişaf özəllikləri olan insanlara həsr olunmuş 4-cü “Fərqli Fərdlər” konqresi keçiriləcək.

Builki konqresin proqramına daxil olan “Fərqli inkişaf özəllikləri olan insanlar üçün təhsil və karyera” adlı bölmədə xüsusi qayğıya ehtiyacı olan insanların işədüzəlmə mövzusuna toxunulacaq. Məruzəçilər proqramlar və təlimatlarla bölüşəcək, eyni zamanda fərqli inkişaf özəllikləri olan insanların işə qəbulu və əmək məşğulluğu zamanı lazımı məsləhətlər, tövsiyələr verəcəklər.
Sesiya IV: fərqli inkişaf özəllikləri olan insanlar üçün təhsil və karyera
Vaxt: 15:35-16:50
Sesiyanın sponsoru: “Holcim Azerbaijan”

Konqresin tam proqramı ilə link vasitəsilə tanış ola bilərsiniz
Konqresi gözləmə mərhələsində Siz məruzəçilərin  fəaliyyəti haqqında məlumat əldə edə və onlarla əlaqə saxlaya bilərsiniz: https://lnkd.in/d-tTeztR

Konqresdə iştirak edərkən sizi narahat edən sualları peşəkarlara ünvanlaya və beynəlxalq ekspertlərdən konsultasiya ala bilərsiniz.
Qeydiyyat artıq aktivdir.


Qeydiyyatdan keçməyə tələsin