4-sayli-erazi-mesgulluq-filialinda-emek-yarmarkasi-kecirilib--

4 saylı Ərazi Məşğulluq Filialında əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 4 saylı Ərazi Məşğulluq Filialında əmək yarmarkası  keçirilib.

Əmək yarmarkası Binəqədi, Nərimanov, Şuşa və Xankəndi rayonlarında qeydiyyatda olan sakinləri əhatə edib. Aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 8 iri müəssisə tərəfindən  112  vakant iş yeri təqdim edilib.

Yarmarka zamanı 111 nəfər təqdim edilən vakansiyalar üzrə müraciət edib və onların müraciətləri aidiyyatı üzrə yönləndirilib. Həmçinin, yarmarkada öz kiçik biznesini qurmaq istəyən şəxslərin özünüməşğulluq proqramına, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslərin isə peşə hazırlığına cəlb edilmək üçün qeydiyyatı aparılıb.

Qeyd edək ki, əmək yarmarkalarında müəssisələrdə olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunur və Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə məlumat verilir. Əsas məqsəd işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsidir.