57-genc-pesekar-ugurun-esaslari-9-silsile-onlayn-telimlerimizin-mezunu-oldu--

57 gənc "Peşəkar Uğurun Əsasları 9” silsilə onlayn təlimlərimizin məzunu oldu!

 01-12 Mart tarixlərində "Peşəkar Uğurun Əsasları 9” silsiləli onlayn təlimlərimiz uğurlu keçirildi!

Nəticədə 57 gənc onlayn təlimlərimizin məzunu oldu

"Peşəkar Uğurun Əsasları" silsilə təlimlərini keçirməyimizdə əsas məqsəd gənclərin karyera ilə bağlı bir sıra mövzularda maarifləndirmək və onları gələcək iş həyatına hazırlamaqdır.

Mövzuların daha yaxşı mənimsənilməsi üçün PROGRO komandası olaraq təlimlər ərzində interaktiv və praktik tapşırıqlar və komanda işinə üstünlük verdik.

“PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” BMT-nin İnkişaf Proqramı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.