72 gənc "Peşəkar İnkişaf Təlimləri 7" silsilə onlayn təlimlərimizin məzunu oldu!
Karyerasına uğurlu başlanğıc etmək istəyən 72 gənc "Peşəkar İnkişaf Təlimləri 7" silsilə onlayn təlimlərimizin məzunu oldu!
"Peşəkar İnkişaf Təlimləri " silsilə təlimlərini keçirməyimizdə əsas məqsəd gənclərin karyera planlaması, təqdimat, tənqidi düşüncə, emosional zəka, və karyera ilə bağlı digər mövzularda maarifləndirmək və onları gələcək iş həyatına hazırlamaqdır.
Mövzuların daha yaxşı mənimsənilməsi üçün PROGRO komandası olaraq təlimlər ərzində interaktiv və praktik tapşırıqlar, komanda işlərinə üstünlük verdik.
Təlimlərin son günündə Azərbaycan Turizm və Menecment Universitetinin Müəssisələrlə əməkdaşlıq üzrə mütəxəssisi və Karyera məsləhətçisi Aida Bayramova qonağımız oldu. Görüş zamanı Aida xanım öz təcrübələrini bölüşdü, karyera planlaması barəsində məsləhətlər verdi və sonda iştirakçılardan gələn sualları cavablandırdı.
“PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” BMT-nin İnkişaf Proqramı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.