8-hefteye-xaricde-tehsil-mutexessisi-ol--

8 həftəyə "Xaricdə təhsil mütəxəssisi" ol!

8 həftəyə "Xaricdə təhsil mütəxəssisi" ol!

İyulda start verəcək, ölkədə ilk dəfə peşəkar olaraq həyata keçirilən  "Xaricdə təhsil mütəxəssisi" kursunun 6 ƏJDAHA təlimçisi ilə tanış olun!

Ismayil Gadimli   - "ICEF Trained Agent Counsellor" (ICEF- Xaricdə təhsil sahəsində dünyanın ən geniş şəbəkəsinə malik olan və üzv sayına görə dünyanın ən böyük təşkilatıdır) və "Edu-Support"-un Direktorudur. 4 ildir ki, Xaricdə təhsil üzrə ekspertdir və 300-dən çox tələbənin xaricdə təhsil arzusunu reallaşdırıb.

Orxan Sayidov - "Edu-Support"-da Operations Manager kimi fəaliyyət göstərir. DAAD 2019 YAY Təqaüd proqramının qalibi olmuşdur. 3 illik Xaricdə təhsil təcrübəsinə sahibdir. 150-dən çox tələbənin xaricdə təhsil arzusunu reallaşdırıb.

Togrul Alakbar - "Təlimlərin Kralı" titulu olsaydı, Toğrul bəy bu titulun sahibi olardı. Fullbright təqaüdünün qalibi, Bowling Green State Universitetinin "İşçilərin təhsili və İnkişafı" ixtisasının məzunudur. Gələcək mütəxəssislərimizə valideyn, tələbə və valideynlərin ixtisas seçimində necə dəstək olmaqları barədə danışacaq.

Bahman Hajiyev  - Onun "CV"-nə baxanda adam nəsə almaq istəyir. Karyerasını satış sahəsindən başlayaraq, artıq 10 ildir ki, müxtəlif şirkətlərdə satış, daha sonra Satış Rəhbəri vəzifələrində çalışıb. "NewBar Consulting" şirkətinin təsisçisi və direktorudur.

Nargiz Babakishiyeva  - Moskva Dövlət Universitetinin psixologiya fakultəsinin məzunudur. Artıq 8 ildir ki, fərqli sahələr üzrə psixoloji təlimlər keçirir. Psixologiyada daha çox peşə seçimi, karyera planlaması, şəxsi inkişaf, valideyn-uşaq münasibətlərinə maraq göstərdiyi üçün, təlim iştirakçılarının böyük maraq göstərəcəyi psixologiya təlimləri keçəcək.

Tural Babayev - Budapeştin Korvinus Universitetinin MBA məzunu olan Tural bəy Marketing karyerasına 2017-ci ildə başlamışdır. 4 il ərzində məşhur reklam agentlikləri və böyük holdinglərdə marketing sahəsi üzrə çalışmışdır. Sizə təhsildə marketingin sirlərindən danışacaq.

"Xaricdə təhsil mütəxəssisi" kursu ilə bağlı daha ətraflı məlumat almaq üçün formu doldurun

Tel: +994 70 545 60 25 (+WhatsApp)
 Email: [email protected]
 Ünvan: Azadlıq prospekti 97A