8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Hüquq sektorunda qadınlar” adlı peşəkar inkişaf layihəsini qaçırmayın!
Dəyərli dostlar,
ELSA Azərbaycan tərəfindən təşkil olunacaq və 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Hüquq sektorunda qadınlar” adlı peşəkar inkişaf layihəsində çıxış edəcək digər panelçimiz Ülkər xanım Məlikova sizlərə təqdim edirik.
"Yüksəliş Müsabiqəsi" nin qalibi Məlikova Ülkər Mustafa qızı Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, magistratura təhsilini alıb və doktorantura pilləsində təhsilini davam etdirməkdədir. "Competo" MMC (Pasha Group) şirkətində Hüquq məsələləri, həmçinin CX (Customer Experience) üzrə rəhbərdir, “KOBİA”da Korporativ hüquq üzrə ekspert və təlimçi, Bakı Dövlət Universiteti "SABAH" Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universitetində (MBA) müəllim vəzifəsində çalışır.
Həm elmi-pedaqoji, həm də korporativ hüquqşünas, təlimçi və rəhbər kimi praktiki fəaliyyətlə məşğul olan Ülkər xanım Məlikova ilə dəyərli “Karyera Söhbətləri” etmək üçün qeydiyyatdan keçməyə tələsin!
Pandemiya səbəbilə şərtlər imkan vermədiyi təqdirdə, iştirakçılar motivasiya məktubuna əsasən layihədə iştirak haqqı qazanacaqdır və yalnız seçilmiş iştirakçılarla əlaqə saxlanılacaqdır.
Son qeydiyyat tarixi: 02.03.2022
Qeydiyyat linki
Hörmətlə,
Selcan, Cavid, Sadiq, Fidan, Səbinə, Selin, Rəhim, Tariyel.