8-umumtehsil-mektebde-inkluziv-tehsilin-genislendirilmesine-destek-verilir--

8 ümumtəhsil məktəbdə inklüziv təhsilin genişləndirilməsinə dəstək verilir

BMT-nin Uşaq Fondu, Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə birgə Bakı, Gəncə, Qazax, Quba, Şəki, Şirvan və Sumqayıtda yerləşən 8 ümumtəhsil məktəbdə inklüziv təhsilin genişləndirilməsinə dəstək verir.

Belə ki, təşkil olunan inklüziv təhsil üzrə təlimlərdə rayon psixoloji-tibbi-pedaqoji komissiyalarının 40-dan çox üzvü iştirak edib. Onlar, həmçinin sağlamlıq imkanları məhdud olan uşaqların yeni müəyyənləşdirilmiş inklüziv məktəblərə qəbulu ilə bağlı təlimatlarla tanış olub.

Xatırladaq ki, 2021-2022 tədris ilində əlilliyi olan 16 uşaq seçilmiş məktəblərin birinci siniflərində təhsil almağa başlayacaq.

Unicef Azerbaijan  Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikasının Təhsil İnstitutu