9-ugur-hekayesi

9 Uğur Hekayəsi

       İnsanların çoxunun anlamadığı şey uğursuzluğun müvəffəqiyyət yolunda bir sıçrayış rolunu oynamasıdır. Hər kəs həyatının bir nöqtəsində uğursuzluğa düçar olur. Uğursuzluq bizim üçün inkişaf etmək və yaşadıqlarımızdan dərs alaraq yenidən başlamaq üçün stimul verməlidir. 

Henry Fordun vaxtilə dediyi kimi, "Uğursuzluq yalnız daha ağıllı şəkildə yenidən başlamaq üçün bir fürsətdir."
Bill Gates, Elon Musk, Steve Jobs, Beyonce - hamısı yalnız mübarizə apararaq uğur qazandı. Uğursuz ola biləcəklərini düşünürdülər. Çox güman ki, gülünc səsləndiyi üçün xəyallarının arxasınca gedərkən özlərinə şübhə etdilər. Ancaq özünə inam və qətiyyətin birləşməsi ilə ruhdan düşmədilər, nəyi  səhv etdiklərini təhlil etdilər və növbəti dəfə qüsursuz bir şəkildə icra etmək üçün yanaşmalarının necə dəyişdirəcəklərini başa düşdülər.

Ellen Johnson Sirleaf demişdi:
“Xəyallarınızın böyüklüyü həmişə onları reallaşdırmaq üçün mövcud gücünüzü aşmalıdır. Xəyallarınız sizi qorxutmursa, o qədər də böyük deyil. ”
Uğur bir gecədə gəlmir, amma təslim olmadığınız müddətdə sizi gözləyəcəkdir.
Karyeralarına uğursuzluqlarla başlayan 9 məşhurun  uğur hekayəsi uğursuzluğun heç bir şeyin sonu deyil gələcək uğurların başlanğıcı olduğunun sübutudur. 
1. Chris Pratt
Aktyor Chris Pratt on doqquz yaşındaykən  evsiz idi və bir mikroavtobusda yaşayırdı. Ancaq nəhayət ki o, filmlərə çəkilməyi bacardı. Onun  ilk filmindən qazancı isə 700 dollar olmuşdu. İyirmi illik zəhmətdən sonra Pratt, Jurassic World: Fallen Kingdom filmində çəkilməsi  üçün ona  10 milyon dollar ödəndi.
2. Sylvester Stallone 
Yazıçı Sylvester Stallone o qədər kasıb idi ki, sadəcə yemək ala bilmək üçün sevimli köpəyini 40 dollara satmalı oldu. Rocky filmindəki ssenarisi və performansı üçün iki Oscar mükafatı aldıqdan sonra köpəyi yeni sahibindən 15.000 dollara geri ala bildi!
3. Oprah Winfrey
ABŞ televiziya tarixində ən çox izlənilən və onun adını daşıyan tok-şou proqramlarından biri olan Oprah Winfrey Şousunun aparıcısı olan Oprah, Mississippidə maddi yardımla yaşayan bir ana tərəfindən dərin yoxsulluq içində böyüdülmüşdü. Uşaqlıq dövründə fiziki, əqli və cinsi istismara məruz qalıb.
Bir çox insanın onun haqqında bilmədiyi bir şey, on dörd yaşında ikən hamilə qalmasıdır. Doğuşdan qısa zaman sonra o, körpəsini itirir. Gənc bir qız kimi mübarizələrinə baxmayaraq, özünü dövrümüzün ən uğurlu fərdlərindən birinə çevirdi.
4. Jim Carrey
Jim Carrey planetin ən əyləncəli insanlarından biridir. O, zamanının  ən uğurlu filmlərinin ulduzu olmuşdur. Ancaq Carrey Kanadada çox kasıb bir ailədə  böyümüşdür.
      Hələ yeniyetmə ikən ailəsinə kömək etmək üçün işləməyə məcbur olur. Jim Carrey ilk stand-up komediya performansı zamanı səhnədən kənarlaşdırılır. Qısa müddət sonra, “In Living Color” “komediya şousunda böyük uğur qazandı və daha sonra eyni ildə “Dumb & Dumber”, “The Mask və Ace Ventura” da rol aldı və daha böyük nəaliyyətlər qazandı. 
5. J.K. Roulinq
Böyükdən  kiçiyə hər kəsin sevimlisi, Harry Potter seriyasının müəllifi, məşhur J. K. Rowlingin də uğur qazanması heç də asan olmur.  Müasir tarixin ən uğurlu kitab seriyalarından birini yazmazdan əvvəl onun çətin bir həyatı vardı . İlk Harry Potter romanını yazmaq üçün yeddi il vaxt sərf etdi və hətta o zaman on iki böyük nəşriyyat evi kitabı rədd etdi.
6. Thomas Edison
Dünya şöhrətli amerikalı ixtiraçı Thomas Edisonun da uğur qazaması heç də asan başa gəlməyib.   Edisonun həyatı boyu təhsili ibtidai sinifdə oxuyarkən cəmi 3 aylıq olub. Onun uğurlarının əsas sirri uğursuzluqlarından dərs alaraq davamlı olaraq cəhd etməsi idi. Ticari cəhətdən yararlı bir elektrik lampası icad etməyə çalışarkən 10 min dəfədən çox uğursuz olub, ancaq heç vaxt geri addım atmayıb.
Məşhur Amerika Nikola Tesla ixtiraçısı onun haqqında deyirdi:
Əgər Edison ot tayasında iynə itirsəydi mütləq iynəni tapana qədər samanları tək-tək götürüb kənara qoyacaqdı.
Edison bir şeyi anlamadan əvvəl yüzlərlə, hətta minlərlə dəfə  səhv etməkdən qorxmurdu.
Tomas Edison deyirdi: “Ən böyük zəifliyimiz təslim olmaqdır. Uğur qazanmağın ən güclü yolu həmişə bir dəfə daha cəhd etməkdir. ”  
7. Henry Ford
Henry Ford'un müvəffəqiyyət hekayəsi də bilinən bir hekayədir. Henry Ford, hamımızın bildiyi kimi, avtomobilin atası və montaj xəttinin yaradıcısıdır. Ford, özünün ilk daxili yanma mühərrikini evinin mətbəxində hazırlamışdı. Ford Model T avtomobili ilə Amerikadakı kütlələrə nəqliyyat gətirməyə kömək etdi. Ancaq bilmədiyiniz şey, ilk şirkətinin iflas etməsi idi. Hətta ikinci şirkəti də iflas etmişdi, ancaq bu uğursuzluqlar onu ruhdan salmadı, əksinə daha da irəliləməsinə imkan yaratdı. 
8. Stephen King
Məşhur yazıçı Stephen King tanınmazdan əvvəl dəfələrlə uğursuzluğa uğradı. King, Writing On adlı xatirəsində, rədd məktublarını ilham üçün divarda necə yerləşdirdiyini təsvir edir. İlk romanı “Carrie” 30 dəfə rədd edildi. Yalnız təslim olub növbəti layihəsinə keçmək istəyəndə arvadı əlyazmanı zibil qutusundan tapdı və ondan bir daha cəhd etməsini istədi. Bu roman onun uğurlarının başlanğıcı oldu və bir gecədə həyatı dəyişdi.
9. Vinsent Van Gogh
Vincent Van Goghun müvəffəqiyyət hekayəsi başqaları qədər məşhur olmaya bilər, amma yenə də ilham verir. Bir çox insan bilmir ki, Van Gogh heç vaxt nə qədər uğur qazandığını görmədi. Rəsmləri yalnız ölümündən sonra populyarlaşdı.  On ildən çox müddətdə, əksəriyyəti ömrünün son iki ilində çəkilmiş 860 yağlı boya tablonun da daxil olduğu  2100 rəsm hazırladı. Onun 900 rəsm əsərindən yalnız biri sağlığında satıldı.
        Zəhmət səni həyatda irəliyə aparan şeydir. Uğursuzluqları nə qədər çox hiss etsəniz, onlardan daha çox şey öyrənə və növbəti dəfə maneələri aşmaq üçün zehni və fiziki strategiyalarınızı inkişaf etdirə bilərsiniz.
        Bu gün tanıdığımız ən uğurlu insanlardan bəzilərini məhz bu meydana gətirdi. Qəsdən özlərini çətin vəziyyətə salmadılar, ancaq aşa bildikləri çətinliklər işlərin daha yaxşı şəkildə necə aparılacağını öyrənməyə, inamlarını inkişaf etdirməyə imkan verdi.
        Özünə inam, müvəffəqiyyətinizə gətirib çıxaracaq ən güclü şəxsi xüsusiyyətlərdən biridir. Beləliklə, həyatda uğursuzluqlarla qarşılaşdığınız zaman bədbinliyə qapılmayın. Bu çox asandır. Bunun əvəzinə gülümsəyərək baxın və özünüzə “Bu səbəbdən burdayam. Bu, öyrənmək və yaxşılaşmaq üçün fürsətimdir. ”  deyin.