abb-karyeranizda-yeni-fursetler-yaradacaq-layihe-ile-qarsinizdadir--

ABB karyeranızda yeni fürsətlər yaradacaq layihə ilə qarşınızdadır!

Ölkənin maliyyə qurumları arasında ən yaxşı işəgötürən olmağı hədəfləyən ABB gənclərə uğurlu karyera qurmaq fürsəti təqdim edir.

Belə ki, "Biznes Bankçılıq-İnkişaf proqramı"na qoşularaq korporativ biznes, kiçik və orta sahibkarlarla iş sahələrində müxtəlif yönümlü təlimlərdə iştirak etmək, təcrübə qazanmaq və proqramı müvəffəqiyyətlə bitirdikdə işləmək fürsəti əldə edə bilərsiniz.

Müraciət şərtləri:

- Bakalavr, magistr məzunları və ya magistr tələbələri;

- Maliyyə, İqtisadiyyat, Biznes və Bank işi ilə əlaqəli ixtisas məzunları;

- Yüksək səviyyədə ingilis dili biliyi olan şəxslər;

- Yaşı 22-28 olan şəxslər.

Seçim prosesi CV skrininq, imtahan və müsahibə mərhələlərindən ibarətdir. Bu mərhələləri uğurla başa vuran namizədlər inkişaf proqramında iştirak haqqı qazanacaqlar. O cümlədən, proqramı uğurla başa vuran bütün iştirakçılar sertifikatla təltif olunacaqlar.

ABB karyera portalına keçid edib müraciət edərək inkişaf proqramına qoşula bilərsiniz:

Müraciət

Qeydiyyat üçün son tarix: 10.09.2023

İndi müraciət edin, karyera fürsətini qaçırmayın!